“ABŞ-ın irəli  sürdüyü  şərtləri  müstəqil olan heç bir ölkə qəbul etməz”: İranlı rəsmi

İran-Amerika Birləşmiş Ştatları (ABŞ) arasında heç bir danışıq olmayıb və müzakirə üçün uyğun zəmin mövcud deyil. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.

1209734
“ABŞ-ın irəli  sürdüyü  şərtləri  müstəqil olan heç bir ölkə qəbul etməz”: İranlı rəsmi

Musəvi, nazirlikdə təşkil etdiyi mətbuat konfransında bölgədə cərəyan edən proseslər və İran ilə ABŞ arasındakı gərginliyə münasibət bildirib.

Sözçü: “ABŞ nüvə ilə bağlı razılaşmadan çıxdıqdan sonra İran diplomatiyası yeni bir mərhələ başlatdı. Xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkmənistan, Suriya, Yaponiya, Pakistan, Çin, Hindistan və İraq-a reallaşdırdığı səfərlərdə ölkəmizin mövqeyini bölüşdü. Prezident Həsən Ruhani da qarşıdakı günlərdə bir neçə bölgə ölkəsində mövzu ilə əlaqəli danışıqlar aparacaq”.

ABŞ prezidenti Donald Trampın İran ilə bağlı açıqlamalarına toxunan Musəvi sözlərinə belə davam edib: “ABŞ ilə İran arasında danışıq olmayıb. Müzakirə üçün də uyğun hesab ediləcək zəmin mövcud deyil. Biz beynəlxalq razılaşmalara hörmət əsasında  lazımlı addımları  atırıq. ABŞ da belə bir yol izləyə bilər. Nüv razılaşmasının uğursuzluqla nəticələnməsinin yeganə səbəbi ABŞ-nın ABŞ-ın nüvə razılaşmadan çıxması oldu. Belə bir vəziyyətdə müzakirə perspektivindən söz etmək mümkün deyil. Cərəyan edən prosesi izləmək və gözləməkdən başqa yol yoxdur. ABŞ dövlət departamentinin rəhbəri Mike Pompenun irəli sürdüyü 12 şərti müstəqil olan heç bir ölkə qəbul etməz. Müzakirə stolundan ayrılan tərəf İran deyil. Bizə görə Nüvə razılaşması hələ də qüvvədədir. İran hər şərtə hazırdır. Lakin müzakirə üçün uyğun mühitn olduğundan söz etmək səhv olar. Bu barədə qərar qəbul edəcək tərəf biz yox onlardır. Bu səbəbdən qərarımız ABŞ-dan asılıdır” deyə sözcü Musəvi vurğulayıb.

Musəvi, ABŞ-ın sanksiyalarına etiraz edən Türkiyənin izlədiyi siyasətə ilə bağlı ünvanlanan  suala  cavabda : "Türkiyə, dost və qonşu ölkələrimizdə biridir. Türkiyənin rəsmi səviyyədə və praktikada ziddiyyətli hər hansı bir davranışını müşahidə etmirik”- deyə  Musəvi  qeyd  edib.

 



Әlaqәli Xәbәrlәr