Küveyt ABŞ ilə İran arasında müzakirələrin başladığını iddia etdi

Küveyt xarici işlər nazirinin müavini Xalid əl-Carullah regionda artan gərginliyə son qoyulması üçün Amerika Birləşmiş Ştatları ilə İran arasında müzakirələrin başladığını bildirdi.

1207780

Carullah jurnalistlərə verdiyi açıqlamada: "Tərəflər arasında (Vaşinqton ilə Tehran) müzakirələr başladı. Əlaqə saxlanılır və hərəkətlilik var" ifadələrini işlətdi.

Bu çərçivədə hadisələrin inkişafının son vəziyyəti olaraq Oman Sultanlığının xarici işlər naziri Yusif bin Ələvinin İranda bir sıra görüşlər keçirdiyinə işarə edən Carullah regionda sağlam düşüncə və hikmətin qalib gələcəyinə inandıqlarını ifadə etdi.

Regionda qarşıdurmaların başa çatacağını, sabitliyin hakim olacağını söyləyən Küveyt rəsmisi bu mövzu ilə bağlı nikbinliyinin səbəbi kimi İran və ABŞ tərəflərinin müharibəyə meylli olmadıqlarını göstərən açıqlamalarını göstərdi.

Carullah: "Regionun təhlükəsizliyini təhdid edən hadisələrin nəzarət altına alınması üçün nikbin bir mənzərə və ümid var" dedi.

Әlaqәli Xәbәrlәr