Aprel ayında İdlib vә Hәmaya edilәn hücumlarda azı 38 uşaq hәlak olub

‘‘Uşaqları xilas edin’’ tәşkilatının (Save the Children) yayımladığı hesabata әsasәn, keçәn ay İdlib vә Hәma şәhәrlәrindә  törәdilәn hücumlarda azı 38 uşaq hәlak olub.

1207787
Aprel ayında İdlib vә Hәmaya  edilәn hücumlarda azı 38 uşaq hәlak olub

 

 

Suriyanın İdlib vә Hәma şәhәrindә törәdilәn hücumlar nәticәsindә çox sayda uşaq hәlak olub.

‘‘Uşaqları xilas edin’’ tәşkilatının (Save the Children) yayımladığı hesabata әsasәn, keçәn ay İdlib vә Hәma şәhәrlәrindә  törәdilәn hücumlarda azı 38 uşaq hәlak olub.

Hesabata әsasәn, aprel ayında İdlib vә Hәma şәhәrlәrindә törәdilәn hücumlar nәticәsindә 9-u mәktәbdә, 11-i evdә, 7-i bazarda, 2-i qaçqın düşәrgәsindә vә 1-i dә xәstәxanada olmaqla 30 uşaq hәlak olub. Hücumlar sәbәbindәn çox sayda insanın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığı vә 18 xәstәxananın dağıldığı bildirilib.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox  sayda adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir.

Mülki müdafiə mənbələrinin yaydığı mәlumata әsasәn,  aprelin 25-dən etibarən hәyata keçirilmiş hücumlarda  azı 200 dinc sakin hәlak olub, 500-dən çox dinc sakin dә müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Bәşәr Əsəd rejimi və dəstəkçilərinin  Türkiyə və Rusiyanın İdliblә bağlı әldә etdiyi razılaşmaya baxmayaraq endirdiyi zәrbәlәr nәticәsindә 553 mindən çox vətəndaş evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.



Әlaqәli Xәbәrlәr