İranda sel fəlakəti,ölənlər var

İranın müxtəlif əyalətlərində 8 Maydan güclü yağışların yağması nəticəsində baş verən sel fəlakəti və ildırımlar nəticəsində 20 adam öldü, 37 adam yaralandı.

1204627
İranda sel fəlakəti,ölənlər var

İran fövqəladə hallar idarəsinin sözçüsü Müctəba Xalidi dövlət mediasına verdiyi açıqlamada 8 Maydan Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Xorasan-ı Rəzəvi, Cənubi Xorasan, Çaharmahal-Bəxtiyar, İsfahan, Kirmanşah, Kürdüstan, Fars, Xuzistan , Kirman, Loristan, mərkəzi Kohgiluye-Buyer Əhməd və Gilan əyalətlərində təsirli olan güclü yağışlar nəticəsində baş verən sel fəlakəti və ildırım səbəbiylə 20 adamın öldüyünü, 37-nin öldüyünü bildirib. Onun sözlərinə görə yaralıların müalicəsi davam edir.

Xatırladaq ki 17 Martda ölkənin fərqli ərazilərində baş verən sel fəlakətində 78 adam həyatını itirdi. Həmin fəlakətdən 25 əyalətdə 235 şəhər və rayon, 4 min 304 kənd təsirləndi. Türkiyə qırmızı aypara cəmiyyəti isə bölgədəki fəlakətzədələrə 5 tırdan ibarət hümanitar yardım çatdırdı.



Әlaqәli Xәbәrlәr