Beynəlxalq Əfv Təşkilatı İdlib və Hama ilə bağlı açıqlama yaydı

Beynəlxalq Əfv Təşkilatı Suriya hökumətinin İdlib və Hamadakı xəstəxanalara və digər səhiyyə mərkəzlərinə etdiyi hücumların bəşəriyyətə qarşı cinayət olduğunu bildirdi.

1204650
Beynəlxalq Əfv Təşkilatı İdlib və Hama ilə bağlı açıqlama yaydı

Beynəlxalq Əfv Təşkilatı Suriya hökumətinin İdlib və Hamadakı xəstəxanalara və digər səhiyyə mərkəzlərinə etdiyi hücumların bəşəriyyətə qarşı cinayət olduğunu bildirdi.

Beynəlxalq Əfv Təşkilatının Türkiyə Şöbəsinin Mətbuat Koordinatorluğundan verilən yazılı açıqlamada fikirlərinə yer verilən Orta Şərq Məsələləri üzrə Araşdırma Şöbəsinin direktoru Linn Maaluf (Lynn Maalouf) səhiyyə xidmətləri təqdim edən xəstəxanaların bombardımana tutulmasının müharibə cinayəti olduğunu bildirdi.

Son günlərdəki hücumlarda tibbi xidmətə ehtiyacı olan vətəndaşların həyatda qalmağa çalışdıqları son budaqların da kəsildiyini qeyd edən Maaluf bunları söylədi: "Daha əvvəl də vətəndaşlara qarşı törədilən sistematik hücumlarda səhiyyə mərkəzləri dəfələrlə hədəf alınmışdı. Bu vəziyyətin bir nümunəsi olan son hücumlar bəşəriyyətə qarşı işlənən cinayətlər qrupuna daxil olur".

Beynəlxalq Əfv Təşkilatının açıqlamasında əfv təşkilatının qarşıdurmalardan təsirlənən 13 səhiyyə işçisi ilə görüşdüyünə və video görüntülərin onların şahidliyini  təsdiq etdiyinə diqqət çəkildi.

Şahidlər Suriya hökumətininin 5 -11 may tarixləri arasında Hass kəndindəki Nabad Əl-Hayat (Həyatın nəbzi) xəstəxanasına, Kafr Zita qəsəbəsindəki Cave xəstəxanasına, Kafranbel qəsəbəsindəki Cərrahiyyə xəstəxanasına və Əl-Şam xəstəxanasına dəfələrlə hücum təşkil etdiyini söyləyirlər.

Açıqlamada İdlibin cənubunda, Hamanın şimalında və qərbində ən azı 300 min insana səhiyyə xidməti verən bu mərkəzlərin artıq işləmədiyi qeyd edildi.



Әlaqәli Xәbәrlәr