Bağdaddakı ‘‘yaşıl bölgә’’yә  raket mәrmisi atılıb

Bu barәdә İraq Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1204233
Bağdaddakı ‘‘yaşıl bölgә’’yә  raket mәrmisi atılıb

 

İraqın paytaxtı Bağdaddakı ‘‘yaşıl bölgә’’yә raket mәrmisi atılıb.

Bu barәdә İraq Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Hücum zamanı hәlak olan vә ya xәsarәt alan olmayıb.

İraq baş naziri Adil Әbdülmehdinin müavini Mәhәmmәd Beyati yerli media orqanlarına verdiyi açıqlamada deyib: ‘‘Yaşıl bölgәyә raket mәrmisinin atılması  bu bölgәnin qarşıdakı günlәrdә nәqliyyatın hәrәkәti üçün açılmasına mane olmayacaq''.

Bölgә 2003-cü ildәn etibarәn nәqliyyatın hәrәkәti üçün bağlıdır. İraqlı rәsmilәr  yaxın zamanda bölgәnin nәqliyyatın hәrәkәti üçün açılacağını açıqlamışdı.

Bu arada ABŞ Mәrkәzi Qüvvәlәr Komandanlığının mәtbuat katibi Bill Urban verdiyi yazılı açıqlamada qeyd edib ki, ‘‘yaşıl bölgә''dә  baş verәn partlayış nәticәsindә ABŞ vә ya koalisiya qüvvәlәrinin üzvlәrinә  zәrәr dәymәyib.



Әlaqәli Xәbәrlәr