NATO qüvvələrinin hücumunda 8 polis həyatını itirdi

Əfqanıstanın cənubunda yerləşən Helmand vilayətində NATO qüvvələrinin həyata keçirdikləri hava hücumunda 8 polis əməkdaşı həyatını itirib.

1203260
NATO qüvvələrinin hücumunda 8 polis həyatını itirdi

Əfqanıstan Daxili İşlər Nazirliyindən yayılan açıqlamada: “ Taliban üzvlərinin Nahri Helmand əyalitinin Serac rayonunda polis bölməsinə hücumu nəticəsində qarşıdurma baş verib. NATO qüvvələrinin qarşıdurma əsnasında bölgədəki təhlükəsizlik qüvvələrinə dəstək məqsədiylə təşkil etdiyi avia hücum nəticəsində 8 polis həyatını itirib., 15-i yaralanıb. Hücum zamanı terror təşkilatı Talibanın çox sayda üzvü də ölüb. Hücumla əlaqədar istintaq başladıldığı qeyd edilib.

Helmand əyalətinin şura heyətinin rəhbəri Ataham Əfqani isə NATO qüvvələrinin hava hücumlarında 17 təhlükəsizlik işçisinin həyatını itirdiyini irəli sürüb.



Әlaqәli Xәbәrlәr