Cavad Zәrif Türkmәnistanda sәfәrdәdir

Türkmәnistanın paytaxtı Aşqabadda prezident Qurbanqulu Berdimәhәmmәdov vә bu ölkәnin xarici işlәr naziri Rәşid Meredovla görüşüb.

1200263
Cavad Zәrif Türkmәnistanda sәfәrdәdir

 

 

İranın xarici işlәr naziri Cavad Zәrif rәsmi görüşlәr keçirmәk üçün sәfәr etdiyi Türkmәnistanın paytaxtı Aşqabadda prezident Qurbanqulu Berdimәhәmmәdov vә bu ölkәnin xarici işlәr naziri Rәşid Meredovla görüşüb.

İran Xarici İşlәr Nazirliyinin rәsmi internet sәhifәsindәn verilәn mәlumata әsasәn, Cavad Zәrif ilә Qurbanqulu Berdimәhәmmәdov iki ölkә arasındakı münasibәrlәr ilә yanaşı, regional vә beynәlxalq mövzular әtrafında fikir mübadilәsi aparıblar.

Cavad Zәrif daha sonra türkmәnistanlı hәmkarı Rәşid Meredovla bir araya gәlib. Tәrәflәr görüşdә Әfqanıstandakı son vәziyyәt, dәmir yolu nәqliyyatı vә tranzit keçidlәr, enerji vә elektrik sahәlәrindә әmәkdaşlıq, Xәzәr dәnizi mövzusunu vә Türkmәnistan prezidentinin İrana edәcәyi sәfәrin detallarını müzakirә ediblәr.

Görüşdә Meredov Zәrifin Türkmәnistana etdiyi sәfәrin әhәmiyyәtinә işarә edәrәk İran ilә bütün sahәlәrdә әlaqәlәri inkişaf etdirmәk istәdiklәrini ifadә edib.

Zәrif isә öz növbәsindә  iki ölkә arasındakı әlaqәlәrin inkişaf  etmәsi üçün hazır olduqlarını bildirib.

İran xarici işlәr naziri Cavad Zәrifin başçılıq etdiyi nümayәndә heyәti dünәn Türkmәnistanın paytaxtı Aşqabada sәfәr etmişdi.



Әlaqәli Xәbәrlәr