Türkiyə Pakistanda həyata keçirilən terror aktını qınadı

Türkiyə, Pakistanın Pəncab əyalətinin paytaxtı Lahorda sufi türbəsinin hədəfə götürüldüyü terror aktını qınadı.

1197462
Türkiyə Pakistanda həyata keçirilən terror aktını qınadı

Xarici İşlər Nazirliyindən yayılan yazılı şərhdə: “Lahorda Sufi məzarı türbəsinin girişindəki polis məntəqəsinə təşkil edilən və çoxlu məsum insanların ölümü və xeyli sayda adamın yaralanması ilə nəticələnən terror aktını lənətləyirik. Həyatını itirənlərin ailələri başda olmaqla Pakistan xalqına və hökumətinə başsağlığı verir yaralılara təcili şəfa diləyirik.

Pakistanın Pəncab əyalətinin paytaxtı Lahorda Sufi məqbərəsinə təşkil edilən hücum nəticəsində 5-i polis olmaqla 8 nəfər həyatını itirdi, 26 nəfər yaralandı.



Әlaqәli Xәbәrlәr