Kerkükdə polis məntəqəsinə hücum, iki polis əməkdaşı həyatını itirdi

İraqın Kerkük şəhərindəki DEAŞ terror təşkilatı tərəfindən həyata keçirilən silahlı hücum nəticəsində 2 polis əməkdaşı həyatını itirib.

1196784
Kerkükdə polis məntəqəsinə hücum, iki polis əməkdaşı həyatını itirdi

Kərkük Əməliyyatlar Komandiri General-leytenant Saad Harbiyə hadisə ilə əlaqəli açıqlamasında: “Kərkükün şimal-qərbindəki Federal Polis Təşkilatının nəzarət nöqtəsinə silahlı hücumda 2 polis ölüb. DEAŞ terror təşkilatı tərəfindən həyata keçirilən hücumdan dərhal sonra bölgədə əməliyyat başladılıb. Terrorçular ilə hərbi qüvvələr arasında baş verən qarşıdurmalar zamanı iki quldur yaralı olaraq tutulub.

Xatırladaq ki, 2014-cü ilin İyun ayında DEAŞ terror təşkilatı İraq ərazilərinin üçdə birinə, xüsusilə də Mosula nəzarəti ələ keçirdi. 2017-ci ilin dekabrında isə İraq təhlükəsizlik qüvvələri həmin ərazilərin böyük hissəsini geri aldı. Ancaq terror təşkilatının bəzi bölgələrə istiqamətli hücumları hələ də davam edir.

 



Әlaqәli Xәbәrlәr