Bosniya və Herseqovinada Foça Alaca məscidi ibadətə açılır

Bosniya müharibəsi zamanı tamamilə dağıdılan və daşları  Çehotina çayına atılan Foça Alaca məscidinin yenidən inşası başa çatdı.

1191127
Bosniya və Herseqovinada Foça Alaca məscidi ibadətə açılır

Bosniya və Herseqovinadakı Foça Alaca məscidinin yenidən inşası başa çatdı.

Məlumatı Vəqflər Baş İdarəsi yaydı.

Məlumata görə, Vəqflər Baş İdarəsi və Bosniya və Herseqovina İslam Birliyi Sarayevo Vəqflər İdarəsi arasında 10 mart 2014-cü il tarixində  imzalanan protokoldan sonra yenidən inşasına başlanan Foça Alaca məscidi artıq hazırdır.
 
 Bosniya müharibəsi zamanı tamamilə dağıdılan və daşları  Çehotina çayına atılan, adını qələmlə işlənmiş ornamentlərindən alan Foça Alaca məscidinin mayın 4-də mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və Vəqflər baş direktoru Adnan Ertemin iştirakı ilə ibadətə açılacağı bildirildi.



Әlaqәli Xәbәrlәr