Ukraynanın yeni prezidenti Türkiyəyə səfərə gəlir

Ukraynada keçirilən prezident seçkilərinin qalibi Vladimir Zelenskiy, istirahət məqsədiylə Türkiyəyə səfər edəcək.

1190238
Ukraynanın yeni prezidenti Türkiyəyə səfərə gəlir

Yeni prezident Zelenskiy sosial media hesabından yaydığı açıqlamada: "Şəffaf olma mövzusunda razılaşdıq. Türkiyəyə səyahət edirik. Uşaqları illik əyləncə festivalına aparıram. Son dörd ayda ilk dəfə iki gün dincələcəyəm. İki günlük istirahətdən sonra ölkəmə qayıdacağam.

Xatırladaq ki, Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda yarışan Vladimir Zelenskiy 73,22% səs toplayaraq qələbə qazandı. Rəqibi Petro Poroşenko 24,45% səs toplaya bildi.



Әlaqәli Xәbәrlәr