"Türkiyə-Pakistan-İran əməkdaşlığı Simpoziumu" keçirilir

"Amerika Birləşmiş Ştatları (ABŞ) Yaxın Şərq ilə əlaqəli qıssa müddətli siyasət izləyir"

1190636
"Türkiyə-Pakistan-İran əməkdaşlığı Simpoziumu" keçirilir

 

Bunu Xarici İşlər Nazirliyinin cənubi Asiya üzrə baş direktoru Səfir Rza Hakan Tekin paytaxt Ankarada keçirilən "Türkiyə-Pakistan-İran əməkdaşlığı Simpoziumu"nda deyib.

Ankara Yıldırım Bəyazid Universiteti, İran Araşdırmaları Mərkəzi (iram), İslamabad Strateji İşləri Üzrə İnstitutu və İran Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən birgə təşkil edilən simpoziuma, Tekin ilə yanaşı İranın Ankara Səfiri Məhəmməd Fərazmənd, çox sayda diplomat və akademik iştirak edib.

Rza Hakan Tekin tədbirdə etdiyi çıxışında ABŞ-ın İran ilə bağlı sankisiya qərarına əməl etməməkdə azad olan ölkələrin yenidən qərara tabe olmalarını şərt qoşmasına münasibət bildirib. O qeyd edib ki, ABŞ qısa müddətli və məhsuldar olmayan siyasətlər izləyir. Mövzunu həmkarlarımız ilə danışıqlarımız zamanı dəyərləndiririk. ABŞ-ın sanksiyalarının təsirini azaltmaq üçün regional əməkdaşlığın əhəmiyyənin müşahidə olunduğunu vurğulayıb.

İranın Ankara səfiri Fərazmənd də ABŞ və İsrailin birtərəfli siyasətinə məruz qalan üç ölkənin Türkiyə, İran və Pakistan olduğunu qeyd edib.

Pakistanın Ankara səfirliyinin İkinci Katibi Ifrah Tarık da Türkiyə, İran və Pakistanın bölgədə müxtəlif zorakılıqlar ilə qarşı-qarşıya olduğuna diqqət çəkib və bu zorakılıq qarşısında üç ölkə arasındakı əməkdaşlığı irəli pillələrə qarldırmağın zərurətini vurğulayıb.

İran Araşdırma Mərkəzinin (IRAM) vitse-prezidenti, Haqqı Uyğur 3 ölkə arasında başda iqtisadiyyat olmaqla əməkdaşlıq imkanlarının akademik ölçüdə ələ alınacağını ifadə edərək: “Qlobal sistem və beynəlxalq əlaqələrdə bənzərliklərə sahib bu 3 ölkənin qonşu ölkələrlə yaşadığı çətinliklərdən necə xilas olacağıyla əlaqəli mövzunu simpoziumda ətraflı müzakirə edəcəyik”.



Әlaqәli Xәbәrlәr