YPG/PKK erməni terror qrupu qurdu

Terror təşkilatı YPG/PKK Suriyada işğal etdiyi ərazilərdə aralarındakı erməni mənşəlilərin də olduğu xarici terrorçulardan yeni bir qrup təşkil edib.

1189256
YPG/PKK erməni terror qrupu qurdu

Terror təşkilatı YPG/PKK Suriyada işğal etdiyi ərazilərdə aralarındakı erməni mənşəlilərin də olduğu xarici terrorçulardan yeni bir qrup təşkil edib.

Yerli qaynaqlardan əldə edilən məlumata görə, YPG/PKK 1915-ci il hadisələrinə dair erməni iddialarının ildönümündə aralarında erməni mənşəli ünsürlərin də olduğu qondarma batalyon qurduğunu elan edib.

Təşkilat batalyona özü adından toqquşarkən erməni mənşəli Nubar Ozanyanın adını qoyub.

Qurulma elanında dırnaqarası batalyon “Rojava”nı Türkiyəyə qarşı müdafiə etməyi” məqsəd götürdüklərini elan edib.

Təqribən 90 nəfərdən ibarət qondarma batalyonun YPG/PKK-nın işğalındakı Kamışlı, Haseke, Rəsulyan və Amudedə fəaliyyət  göstərəcəyi, Türkiyə sərhədində Tel Abyad, Aynulərəb və Rəsulyan bölgələrində yerləşdiriləcəyi bildirilib.

Terrorçu Ozanyan Türkiyədə suiqəsd, bombalama və təhlükəsizlik qüvvələrilə toqquşan TKP/ML TİKKO terror təşkilatının dırnaqarası Orta Şərq üzrə dırnaqarası komandanı YPG/PKK tərəfindən döyüşərkən 2017-ci iildə ölmüşdü.

Qruplaşma terror təşkilatı ASALA-nı “qabaqcılı” kimi təsvir edir.

Qruplaşma yığıncaqları zamanı Azərbaycanlı Türklərin qətliamlarında yer alan və daha sonra ASALA-da fəaliyyət göstərən Levon Ekməkçiyan, Monte Melkonyan ilə Osmanlı dövründəki erməni quldur dəstələrindən Kevrok Çavuş, Andarik Ozanyan ilə terror təşkilatı TKP/ML TİKKO banisi İbrahim Kaypakkaya və quldurbaşı Abdullah Öcalanın şəkilləri görüldü.



Әlaqәli Xәbәrlәr