"Hörmüz boğazını keçidlərə bağlayacağıq”, Ə.R.Tenqsiri

Qeyd edək ki, ABŞ sanksiyaları qarşısında İran rəsmiləri "Hörmüz boğazını bağlayarıq" sözlərini birinci dəfə deyil ki, dilə gətirir.

1188184
"Hörmüz boğazını keçidlərə bağlayacağıq”, Ə.R.Tenqsiri

  İran İnqilab Mühafizəçiləri Ordusu Dəniz Donanması komandiri Əli Rza Tenqsiri “Hörmüz boğazının istifadəsinə bir məhdudiyyət qoyularsa, boğazı keçidlərə bağlayacağıq” dedi.

  İran dövlət mediasına açıqlamasında Ə.R.Tenqsiri Amerika Birləşmiş Ştatlarının sanksiyaları çərçivəsində Hörmüz boğazına qarşı məhdudiyyətlərə dair bəyanatlar verərək bu ifadələri işlətdi:

  “Hörmüz boğazı, beynəlxalq qanunlara görə, bir dəniz marşrutudur. İranın boğazdan istifadəsi məhdudlaşdırılarsa, boğazı keçidlərə bağlayacağıq. Bununla İranın sahillərini hər cür təhdidə qarşı qorumuş olacağıq. ".

  Qeyd edək ki, ABŞ sanksiyaları qarşısında İran rəsmiləri "Hörmüz boğazını bağlayarıq" sözlərini birinci dəfə deyil ki, dilə gətirir.

  2018-ci ilin iyulunda İran prezidenti Həsən Ruhani "ABŞ rəhbərliyi “İranla bir damla belə neft ixracatı etməyəcəyik” deyib. Bu, bütün region neftinin ixrac edilməməsi mənasına gəlir. Əgər bunu etsələr, nəticələrinə də dözəcəklər".



Әlaqәli Xәbәrlәr