İranda ordu günü qeyd edildi

İran Milli Ordu Günü münasibətilə müdafiə sektorundakı son nailiyyətlərini nümayiş etdirib. Ölkə daxilində genişmiqyaslı hərbi paradlar keçirilib.

1185834
İranda ordu günü qeyd edildi
iran ordusu4.jpg
iran ordusu3.jpg
iran ordusu2.jpg
iran ordusu1.jpg

 İran İslam Respublikasının Ordusu, Dəniz Donanması, Hava Qüvvələri və "Xatəmul Ənbiya" Hava Müdafiə Qüvvələri ölkənin hər tərəfində baş tutan nümayişlərdə iştirak edib.   İran Prezidenti Həsən Ruhani paradda çıxışı zamanı bildirib ki, baş vermiş sel fəlakəti zamanı ordu və SEPAH xalqın yanında olub:   "İran-İraq müharibəsində ordu ölkənin müstəqilliyini qorudu. 30 il sonra isə bu gün birləşərək yenidən seldən əziyyət çəkən əhalini xilas etdi. Heç bir ölkədə xalq və ordu arasında bu qədər birlik görə bilməzsiniz".   Qeyd edək ki, ordu günü münasibətilə keçirilən paradda İran son hərbi texnologiyası olan "Saiqe" və "Kövsər "qırıcıları nümayiş etdirilib.

Qeyd edək ki, ABŞ 8 Apreldə İran İnqilab Gözətçiləri Korqusunu xarici terror təşkilatları siyahısına saldıqdan sonra, İran Milli Təhlükəsizlik Ali Şurası da buna cavab olaraq ABŞ Mərkəz Qüvvətlər komandirliyini terror təşkilatları siyahısına daxil etdi.

 



Әlaqәli Xәbәrlәr