İran xarici işlər naziri Trampın qərarına reaksiya göstərdi

İran xarici İşlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trampın Yəməndəki müharibədə Səudiyyə Ərəbistanına dəstəyin davam etməsinə dair qəbul etdiyi  qərara reaksiya göstərdi.

1185316
İran xarici işlər naziri Trampın qərarına reaksiya göstərdi

İran xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Twitte"r hesabından verdiyi açıqlamada ABŞ Konqresinin Yəməndə Səudiyyə Ərəbistanına verilən dəstəyin kəsilməsini nəzərdə tutan qanun layihəsinə Tramp tərəfindən veto qoyulmasını tənqid etdi.
 
 Zərif açıqlamasında: "ABŞ Konqresi belə CENTCOM-un (ABŞ Mərkəzi Qüvvələr Komandanlığı) Yəməndəki destabilizasiya fəaliyyətlərinə son qoymaq istəyir. Lakin neft maliyyəsinə malik İsrail baş naziri Binyamin Netanyahuya üstünlük verənlər və onların Ağ Evdəki dəstəkçisi amerikanların həyatları bahasına və ABŞ-ın maraqlarına zidd bir şəkildə sonsuzadək müharibəyə məhkum etməyə davam edəcək" ifadələrini işlətdi.
 
 ABŞ-ın Yəməndə Səudiyyə Ərəbistanına verdiyi dəstəyin kəsilməsini nəzərdə tutan qanun layihəsi 4 apreldə Nümayəndələr Palatasında 175 səsə qarşı 247 səslə, Senatda isə 13 martda 46 səsə qarşı 54 səslə qəbul edilmişdi.
 
 Sözügedən layihədə Əl-Qaidə ilə döyüşənlərdən başqa Yəməndəki müharibəyə daxil olan, və ya müharibə edən bütün ABŞ hərbi qüvvələrinin 30 gün ərzində geri çəkilməsi nəzərdə tutulurdu.
 
 Tramp  layihəyə onun "Amerikanın xarici siyasəti üçün təhlükəli olduğunu" əsas gətirərək veto qoyub.
 
 Vaşinqton rəhbərliyinin paytaxt Sana və bəzi bölgələri əlində saxlayan Husilərə qarşı Səudiyyə Ərəbistanına dəstək verdiyi Yəmən müharibəsində  minlərlə insan həlak olub.
 
 Birləşmiş Millətlər Təşkilatı dünyanın ən böyük humanitar böhranlarından birinin baş verdiyi Yəməndə əhalinin yarısını təşkil edən 10 milyon insanın qıtlıq riski ilə qarşı-qarşıya olması ilə bağlı xəbərdarlıq edir.

Ölkədə 22 milyondan çox insanın da köməyə və qorunmağa ehtiyacı olduğu bildirilir.
 
 



Әlaqәli Xәbәrlәr