Suriya mövzulu üçtərəfli  sammit 25-26 apreldə  keçiriləcək

Suriya mövzulu üçtərəfli sammitin 12-si 25-26 Aprel tarixlərində Qazaxıstanın paytaxtı Nur-sultanda keçiriləcək.

1184388
Suriya mövzulu üçtərəfli  sammit 25-26 apreldə  keçiriləcək

Qazaxıstan Xarici İşlər Nazirliyindən yayılan bəyanata görə yığıncağa Türkiyə, Rusiya və İran başda olmaqla Bəşər Əsəd rejimi və müxalif heyətlər qatılacaq.

Birləşmiş Millətlər Təşkilatı (BMT) və İordaniya nümayəndə heyətlərinin müşahidəçi olaraq iştirak edəcəkləri yığıncaqda, İdlib, Suriyanın Şimal-şərqi toqquşan tərəflər arasında etimadı artıran tədbirlər, qaçqınların ölkələrinə geri qayıtmaları, humanitar vəziyyət və qarşıdurmalardan sonra bərpa işləri kimi mövzular müzakirə ediləcək. Sammit əvvəli baş tutacaq texniki danışıqlarda isə Konstitusiya Komitəsinin yaradılmasına dair işlərin yekunlaşdırılması və yığıncaq prosesinə yeni müşahidəçi dövlətlərin iştirakı təhlil ediləcək.

25 apreldə ikitərəfli və üçtərəfli formatda baş tutacaq texniki danışıqlarla start götürəcək olan yığıncağın yekun iclası 26 apreldə keçiriləcək. Danışıqlar çərçivəsində saxlananların sərbəst buraxılmasına dair iş qrupunun 8-ci iclasının da keçirilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr