İranda ABŞ əleyhinə keçirilən nümayişlər

İranda paytaxt Tehran və digər bir çox şəhərdə keçirilən nümayişlərdə ABŞ-ın İnqilab Keşikçiləri Korpusunu “terror təşkilatları” siyahısına salmasına etiraz edilib.

1182420
İranda ABŞ əleyhinə keçirilən nümayişlər
iran dmo tepki1.jpg

İranda paytaxt Tehran və digər bir çox şəhərlərdə keçirilən nümayişlərdə ABŞ-ın İnqilab Keşikçiləri Korpusunu “terror təşkilatları” siyahısına salmasına etiraz edilib.

Tehranda nümayişçilər cümə namazından sonra Tehran universitetinin qabağında toplaşıb.

Əllərində plakatlar və ABŞ prezidenti Trampın kuklasını daşıyan qrup İnqilab Keşikçiləri Korpusunun lehinə, Trampın əleyhinə olan şüarlar səsləndirib.

Nümayiş zamanı ABŞ bayrağı yandırılıb.

Tehrandan başqa ölkənin müxtəlif şəhərlərində də cümə namazından çıxan qruplar ABŞ əleyhinə nümayiş keçiriblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də İnqilab Keşikçiləri Korpusunun ABŞ-ın xarici terrorçu təşkilatları siyahısına əlavə edildiyini bildirmişdi.

İran Milli Təhlükəsizklik Ali Şurası da bunun qarşısında ABŞ Mərkəzi Qüvvələr komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına daxil etdiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr