İran  Xarici  işlər naziri Zərifdən A.Quterresə məktub

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres və BMT Təhlükəsizlik Şurasına ABŞ-nın İnqilab Gözətçiləri Korpusunu (SEPAH) terror siyahısına salması ilə bağlı məktub göndərib.

1182159
İran  Xarici  işlər naziri Zərifdən A.Quterresə məktub

Zərif məktubunda: “İnqilab Gözətçilərinin terror siyahısına salınmasının doğuracağı bütün nəticələrin əsas məsulu ABŞ və onun kukla rəhbərlikləri olacaq.

ABŞ-nın atdığı addımı macərapərəstlik olaraq xarekterizə edən Cavad Zərif Quterresə xitabən yazdığı məktubda: “İranın rəsmi qüvvəsi olan İnqilab Gözətçiləri Korpusunun ABŞ-ın legitim olmayan hökuməti tərəfindən xarici terror siyahısına salındığına diqqətinizi cəlb etmək istəyirəm. Bu heç bir qanun ilə üst-üstə gəlməyən və xeyli təhlükəli addımdır. ABŞ-ın bu qərarını qınayır, bölgə və beynəlxalq təhlükəsizlik üçün böyük təhlükə olduğunu daha bir dəfə xatırladıram. Tək tərəfli sanksiyalar və təzyiqlər tətbiq edən ABŞ tərəfindən belə daha əvvəl bənzəri görülməyən bu hərəkət, beynəlxalq hüququn və dövlətlərin suverənliyilə  əlaqədar olaraq BMT-nin əsas pirinsibinin bariz pozuntusu hesab edilir. "Bu təhrik edici addım, reaksiyalara və şiddətin nəzarət edilə bilməz səviyyəyə çıxmasına gətirib çıxaracaq. Bir sıra problemin yaşandığı bölgədə gərginliyin tarıma çəkməsinə səbəb olacaq. ABŞ və bölgədəki müttəfiqləri terrorizmin bariz dəstəkçiləridir. İnqilab Gözətçiləri Korpusu Əl-Qaidə, DEAŞ, əl-Nusra və BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiya siyahısına salınan təşkilatlara qarşı mübarizə edir. İran ABŞ-nın qərarına reaksiya olaraq ABŞ rejimini terror dəstəkçisi elan etdik. Mərkəzi Qüvvətlər Komandirliyi və onun yanında bütün qüvvələri terror siyahısına saldıq. Cənab Quterresə göndərdiyim məktubun BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyası sənədi kimi nəşr olunmasını tələb etdim.

 



Әlaqәli Xәbәrlәr