ABŞ qüvvələrinə hücum təşkil edildi

Əfqanıstanda NATO qüvvələri tərkibində vəzifə icra edən ABŞ-ın hərbi konvoyuna bombalı hücum təşkil edilib.

1179586
ABŞ qüvvələrinə hücum təşkil edildi

Paytaxt Kabilin yaxınlığında yerləşən Parvan vilayətinin Baqram rayonunun icra başçısı Abdul Şükür Kuddusi jurnalistlərə mövzu ilə bağlı açıqlamasında ABŞ hərbi konvoyunun hədəfə götürüldüyü Komikadze hücumun Pul-i Seyyad bölgəsində həyata keçirildiyini bildirib. ABŞ ordusuna məxsus bir tankın yandığı hücum nəticəsində ölən və ya yaralanan olmadığına diqqət çəkib. Hücuma görə məsuliyyəti terror təşkilatı Taliban üzərinə götürərkən, Əfqanıstandakı ABŞ qüvvələrindən açıqlama verilməyib.



Әlaqәli Xәbәrlәr