İraq ABŞ-dan altı ədəd F-16 aldı

İraq Müdafiə Nazirliyi ABŞ-dan altı ədəd F-16 döyüş təyyarəsinin alındığını açıqladı.

1178356
İraq ABŞ-dan altı ədəd F-16 aldı


İraq Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, İraq ABŞ-dan altı ədəd F-16 döyüş təyyarəsi alıb. ABŞ-dan alınan təyyarələr Bağdaddakı Bələd Hava Bazasına endirilib.
 
 Açıqlamada təyyarələrin İraq və ABŞ arasındakı razılaşma çərçivəsində ölkəyə gətirildiyi bildirilir.
 
 Qeyd edək ki, 2011-ci ildə İraq və ABŞ arasında 36 F-16 döyüş təyyarəsinın alınması ilə bağlı razılaşma əldə olunmuşdu.



Әlaqәli Xәbәrlәr