Türkiyədən Gürcüstan səhiyyə  işçilərinə yardım

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA)-nın koordinasiyasında Gürcüstanlı səhiyyə işçilərinə təlim keçirildi.

1177145
Türkiyədən Gürcüstan səhiyyə  işçilərinə yardım

Türk mütəxəssisləri tərifindən keçirilən təlimə, Gürcistanın Batumi şəhərində Batum İnfeksiya Xəstəlikləri Xəstəxanasının işçiləri qatılıb. Onların arasında sağlamlıq işçiləri, radioloq, laboratoriya mütəxəssisi və tibb bacıları olub.

Kurs çərcivəsində qan alma və daşıma standartları, müasir immunoloji işlər, bakteriyalogiya standartları, qarın boşluğunun ultrasəs müaynəsi, qarın bölgəsinin rentgenoqrafiya araşdırması, müasir rentgen və ultrasəs aparatlarının istifadəsi, dizenteriya, sinə xəstəlikləri kimi mövzularda dərslər keçildi.

Layihə ilə müasir tibbi cihazların istifadəsi və infeksiya xəstəliklərinin müalicəsinə dair biliklərin artırılması və Türkiyənin səhiyyə sahəsindəki təcrübələrinin Gürcüstanla bölüşülməsi məqsəd götürülüb.

Qeyd edək ki, Batum İnfeksiya Xəstəxanası 2017-ci ildə TİKA tərəfindən yenidən bərpa edilib. Xəstəxana həmçinin müacir cihazlar ilə təchiz olunub.



Әlaqәli Xәbәrlәr