Səudiyyə Ərəbistanı İraqın paytaxtı Bağdadda baş konsulluq açıb

Açılış mərasimində Səudiyyə Ərəbistanının Ticarət və İnvestisiya  naziri Macid əl-Kasbi ilə İraqın Xarici İşlər naziri Məhəmməd əl-Həkim qatılıb.

1177330

İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əs-Sahhaf mövzuya dair açıqlamasında “Səudiyyə Ərəbistanı ilə əlaqələrimiz strateji səviyyədədir.  İraq mənfəətləri istiqamətində balanslı əlaqələr saxlamağa cəhd göstərir” ifadəsini işlədib.

Baş konsulluqda yaxın zamanda iraqlılara viza vermə işlərinə də başlanacağı bildirilib.

Səudiyyə Ərəbistanının Ticarət və İnvestisiya  naziri Macid əl-Kasbi başçılığındakı 115 nəfərdən ibarət sahibkarlar heyəti aprelin 2-də Bağdada səfər edib. İraqın Baş naziri Adil Əbdülmehdilə dünən görüş keçirən heyət bu gün də prezident Bərham Salehi tərəfindən qəbul edilib.

İraq ilə Səudiyyə Ərəbistanı arasındaki əlaqələr Səddam Hüseyn rejiminin 1990-cı ildə Küveyti işğalından sonra kəsilmişdi.

Әlaqәli Xәbәrlәr