Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibi top atәşinә tutub

Hücum nәticәsindә 10 dinc sakin hәlak olub, 25 nәfәr dә xәsarәt alıb.

1176662
Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibi top atәşinә tutub

Bәşәr Әsәdә sadiq qüvvәlәr  vә İranın dәstәklәdiyi terror qruplaşmaları Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücum nәticәsindә 10 dinc sakin hәlak olub, 25  nәfәr dә xәsarәt alıb.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn, rejim qüvvәlәri  vә İranın dәstәklәdiyi terror qruplaşmaları gün әrzindә  Xamanın Havice, Әl Ankavi, Әl Mansura vә Әl Ziyadiyyә kәndlәri ilә İdlibin Maratinuman qәsәbәsi  vә Tel Menis vә Cercenaz bölgәlәrini top atәşinә tutub.

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.

Mәlumata görә, rejim qüvvәlәrinin hәyata keçirdiyi hücumlar nәticәsindә 2-si uşaq olmaqla 3 dinc sakin hәlak olub, 13 nәfәr dә xәsarәt alıb.

‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bölgәdә axtarış-xilasetmә әmәliyyatlarının davam etdirildiyi bildirilib.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox  sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir.



Әlaqәli Xәbәrlәr