İran prezidenti şəhərlərdəki suyun təxliyyəsi üçün hərbi idarələrə çağırış etdi

İran prezidenti Həsən Ruhani 20 nəfərin ölümü ilə nəticələnən sel fəlakətinin ziyan vurduğu şəhərlərdəki suyun təxliyyəsi üçün hərbi idarələrə çağırış edib.

1171065
İran prezidenti şəhərlərdəki suyun təxliyyəsi üçün hərbi idarələrə çağırış etdi

İran prezidenti Həsən Ruhani 20 nəfərin ölümü ilə nəticələnən sel fəlakətinin ziyan vurduğu şəhərlərdəki suyun təxliyyəsi üçün hərbi idarələrə çağırış edib.

Ruhani başçılığında İranın böyük hissəsində təsirini göstərən güclü yağışların səbəb olduğu sel fəlakətilə əlaqədar Tehranda böhrana nəzarət yığıncağı keçirilib.

Yığıncaqda çıxış edən Ruhani şəhərlərdəki suların boşaldılması üçün hərbi idarələrə çağırış edib: “İlk addım şəhərlərdəki daşqın sularının təxliyya edilməsidir. Ordu və İnqilab Keşikçiləri Korpusundan sel sularının şəhərlərdən təcili boşaldılması üçün daha sürətli hərəkət etmələrini istəyirəm. Digər idarələr də bu sahədəki imkanlarını ortaya qoysunlar və sel suları təcili təxliyyə edilsin” deyib.

Əlverişsiz hava şəraitini ictimaiyyətə əvvəldən çatdırmaqda kifayətsiz qalan Meteorologiya İdarəsinə də xəbərdarlıq edən Ruhani “ Meteorologiya İdarəsi yağışların gücü və zamanı mövzusunda ictimaiyyəti 48-72 saat əvvəldən məlumatlandırmalıdır” deyə bildirib.

Digər tərəfdən İnqilab Keşikçiləri Ordusu komandanı Məhəmməd Əli Cəfəri də sel fəlakətinin ziyan vurduğu bölgələrdən ölkənin şimal-şərqindəki Gülüstan əyalətinə baş çəkib.   

Sel fəlakətinin yaşandığı bölgələrə yardımların çatdırıldığını bildirən Cəfəri bildirib ki, ilk plandaki hədəfimiz suların təxliyyəsidir.

Qeyd edək ki, İranın şimal, şimal-qərb, cənub və cənub-qərbində kəçən həftədən bəri təsirli olan güclü yağış bəzi çay və dərələrin qabağındakı bənd və körpülərin dağılmasına, yüzlərlə evin su altında qalmasına səbəb olub.



Әlaqәli Xәbәrlәr