Terror təşkilatı YPG/PKK-nın etdiyi zülm BMT-nin gündəmində

Suriyanın Hasekə şəhərində terror təşkilatı YPG/PKK-nın işğalı altındakı Hol düşərgəsində etdiyi zülm BMT-nin gündəminə salındı.

1161993
Terror təşkilatı YPG/PKK-nın etdiyi zülm BMT-nin gündəmində

Suriyanın Hasekə şəhərində terror təşkilatı YPG/PKK-nın işğalı altındakı Hol düşərgəsində etdiyi zülm BMT-nin gündəminə salındı.

YPG/PKK Hasekədə 2017-ci ildə işğal etdiyi Hol düşərgəsində zorla təzyiq edərək apardığı dinc vətəndaşları insana yaraşmayan şəraitdə saxlayır.

Yanvar ayından bəridir Baqozdan bu düşərgəyə çatmaq üçün 300 km yol gedən uşaqlardan 60-ı həyatını itirdi.

YPG/PKK düşərgədə bəzi alçaldıcı prosedurlar tətbiq edir.

Terror təşkilatı dinc vətəndaşların şəkillərini çəkir və şəxsiyyət vəsifəqələrini müsadirə edir.  Başı örtülü qadınların başlarını güçlə açaraqüst-başında axtarış aparır və soyuq havada onları bu şəkildə saatlarla gözlədir.

2017-ci ildən bəridir düşərgədə YPG/PKK zülmü və mənfi şərtlərə görə təqribən 100 uşaq, 10 qadın və bir yaşlı həyatını itirdi.

Ölən uşaqlardan 6-sı YPG/PKK mənsubu terrorçuların diqqətsiz sürdükləri maşınların altında əzilərək öldü.

Suriya torpaqlarının 28 faizi YPG/PKK-nın işğalındadır. Təşkilatın işğalındakı bölgələrdə təzyiqlə silahlandırma, müsadirə etmə, köç, mülk və ərazilərin müsadirəsi, müxalifət edən dinc vətəndaşları və siyasi xadimləri oğurlama, məktəblərdə terror tərəfdarı tədrisatı tətbiq etmə, azlıqlara yönəldilmiş zorakılıq kimi insan haqları pozuntuları tez-tez beynəlxalq təşkilatlar tərəfindən tənqid edilir.



Әlaqәli Xәbәrlәr