İran prezidenti İraqda sәfәrdәdir

İraq  prezidenti Berhem Saleh  ölkəsində terror təhdidinin hələ dә davam etdiyini  bildirərək  İran və bölgə ölkələrini əməkdaşlığa çağırdı.

1161271
İran prezidenti İraqda sәfәrdәdir

 

İraq  prezidenti Berhem Saleh  ölkəsində terror təhdidinin hələ dә davam etdiyini  bildirərək  İran və bölgə ölkələrini əməkdaşlığa çağırdı.

Berhem Saleh Bağdada rәsmi sәfәr edәn İran prezidenti  Həsən Ruhanini Prezident İqamәtgahında rәsmi mәrasimlә qarşıladı. Liderlәr  mətbuata qapalı keçirdiklәri  görüşdәn sonra birgə mətbuat konfransında çıxış ediblәr.

 

Saleh terror təşkilatı DEAŞ-la  mübarizəyә verdiyi dәstәyә görә  İrana təşəkkür edərək deyib:  

 

"İraqda DEAŞ-a qarşı aparılan mübarizә nәticәsindә əldə edilən qələbə çox böyük və əhəmiyyətlidir, ancaq bu mübarizә hələ  də davam etdirilir. Terrordan vә ekstremizmdən  xilas olmaq lazımdır. Bunun üçün daha çox regional əməkdaşlığa ehtiyac var. Terrorizmin regionda və ölkəmizdə yenidən ortaya çıxmaması üçün İran və digər ölkələrlə birgə mübarizə və əməkdaşlıq edilmәlidir".

 

Ruhani ilə iqtisadiyyat, enerji və nəqliyyat sahəsindəki əlaqələrin gücləndirilməsini də qiymәtlәndirdiklәrini  ifadə edən Saleh  müxtəlif mövzularda razılıq әldә etdiklәrini bildirib.

İran prezidenti Ruhani isә öz növbәsindә  iki ölkə arasında dərin əlaqələrin  olduğunu qeyd edərək:‘‘İraq  bizim ikinci vətənimizdir. İraq ilə ikitərəfli əlaqələrimizi güclәndirmәliyik.  Bu tarixi və regional münasibətlərdən imtina edə bilmәrik’’ deyib.

 

Saleh ilə səmərəli görüş keçirdiklərini ifadә edәn  Ruhani deyib:"Bütün  sahələrdə (siyasәt, ticarət, investisiya, müştərək sənaye bölgəsi, turizm, türbə ziyarətləri, neft, elektrik, təbii qaz, bank, nəqliyyat, regional və beynəlxalq məsələlər)  birgə əməkdaşlıq potensialımız var:’’

 

DEAŞ-la mübarizəsində İraqın yanında olduqlarını  xatırladan Ruhani bildirib ki, İraq xalqı vә ordusunun çәtin günlәrindә yanında olduğumuz üçün çox şadam.

 



Әlaqәli Xәbәrlәr