Türkiyə və Rusiya Dəniz Donanmalarının Qara dənizdə birgə təlimi

Türkiyə Dəniz Qüvvələri Rusiyanın Qara dəniz donanması ilə birlikdə Qara dənizdə birgə təlim təşkil edib.

1159621
Türkiyə və Rusiya Dəniz Donanmalarının Qara dənizdə birgə təlimi

Türkiyə Dəniz Qüvvələri Rusiyanın Qara dəniz donanması ilə birlikdə Qara dənizdə birgə təlim təşkil edib.

Rusiyanın Qara dəniz Donanması üzrə İdarəsinin sədri Aleksey Rulyev “Novorossiysk dəniz bazasının iki gəmisinin heyəti, kəşfiyyat gəmisi ‘Vasiliy Bıkov’ və minaaxtaran gəmisi ‘Valentin Pikul’ Türkiyənin korvet gəmisi ‘Burgaz’  və minaaxtaran gəmisi ‘Akçay’ın heyəti ilə Türk-Rus birgə hərbi təlimi keçirildi” ifadələrini işlədib.

İki tərəfin heyətlərinin Qara dənizdə birlikdə işlədiklərini bildirən Rulyev gəmilərin mümkün olan mina təhlükəsi altındakı bölgədən çıxarma fəaliyyətləri apardıqlarını deyib.

Türkiyə Dəniz Qüvvələrinə məxsus gəmilər 6-8 mart tarixlərində Türkiyə Dəniz Qüvvələrinin Qara dəniz, Aralıq və Egey dənizində birgə təşkil etdiyi “Mavi Vətən-2019” təmili çərçivəsində Novorossiysk limanında lövbər salmışdı.



Әlaqәli Xәbәrlәr