Türkiyə Gürcüstana 100 min dozalıq peyvənd göndərdi

Türkiyənin Səhiyyə Nazirliyi Gürcüstana qızılcaya qarşı 100 min dozalıq peyvənd göndərdi.

1159588
Türkiyə Gürcüstana 100 min dozalıq peyvənd göndərdi

Türkiyənin Səhiyyə Nazirliyi Gürcüstana qızılcaya qarşı 100 min dozalıq peyvənd göndərdi. 

Səhiyyə Nazirliyinin həmin mövzuyla bağlı məlumatına görə, yardım Türkiyə ilə Gürcüstan arasında səhiyyə sahəsində əməkdaşlığa dair müqavilə çərçivəsində baş tutdu.

Bildirilib ki, peyvənd Sarp sərhəd qapısından Tbilisiyə çatdırılaraq Gürcüstanın müvafiq qurumuna təhvil verildi.

Peyvəndlərin təhvilindən sonra Gürcüstanın Səhiyyə Nazirliyi ölkəmizə təşəkkür etdi.

Təşəkkür məktubunda Türkiyənin bölgədə Gürcüstanın  ən əhəmiyyətli tərəfdaşı və dəstək verən ölkə olduğu, hər təcili vəziyyətdə Gürcüstana dayaq olduğu bildirildi. 



Әlaqәli Xәbәrlәr