Afrindә yenә partlayış törәdildi

Suriyanın şimal-qәrbindә yerlәşәn Afrin bölgәsindә partlayış baş verib.

1158989
Afrindә yenә partlayış törәdildi

 

Suriyanın şimal-qәrbindә yerlәşәn Afrin bölgәsindә partlayış baş verib.

Әvvәlcәdәn yola yerlәşdirilәn bombanın partlaması nәticәsindә ölәn vә ya xәsarәt alanın olmadığı bildirilib.

Hadisә yerindә araşdırma aparan Azad Suriya Ordusuna tabe olan tәhlükәsizlik orqanları hücumun separatçı terror tәşkilatı YPG/PKK tәrәfindәn törәdildiyini istisna etmәyib.

Xatırladaq ki, fevralın 21-dә Afrindә törәdilәn partlayış nәticәsindә bir uşaq hәlak olmuşdu, 20 nәfәr dә müxtәlif dәrәcәli xәsarәtlәr almışdı.

Suriyanın şimalında yerlәşәn vә müxaliflәrin nәzarәtindә olan Bab qәsәbәsinin mәrkәzindә  bu hәftә törәdilәn hücum nәticәsindә isә 8 nәfәr xәsarәt almışdı.


Etiketlәr: #Suriya , #Afrin , #partlayış

Әlaqәli Xәbәrlәr