Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibә hücum etmәyә davam edir

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.

1158288
Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibә hücum etmәyә davam edir

 

Bәşәr Әsәdә sadiq qüvvәlәr  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Rejim qüvvәlәrinin bu ilin әvvәlindәn etibarәn  İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda  dinc sakin hәlak olub, çox sayda adam da  xәsarәt alıb.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.

Mәlumatda rejim qüvvәlәrinin   İdlib  şәhәrinin  müxtәlif bölgәlәrinә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda dinc sakinin hәlak ölduğu vә çox sayda adamın da müxtәlif dәrәcәli xәsarәtlәr aldığı bildirilib.

Hücumlar nәticәsindә çox sayda evin vә mәktәbin dağıldığı vә çox sayda insanın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığı bildirilib. Evlәrini tәrk edәnlәrin daha tәhlükәsiz bölgәlәrә köç etdiklәri bildirilib.

Qeyd edәk ki, Rejim qüvvәlәrinin  İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrinә bu il tәşkil etdiyi hücumlar nәticәsindә çox sayda dinc sakin hәlak olub, 300-dәn çox adam da xәsarәt alıb.


Etiketlәr: #Suriya , #İdlib , #hücum

Әlaqәli Xәbәrlәr