Pakistan - Hindistan arasında gərginlik davam edir

Pakistan və Hindistan hərbçiləri Cammu Kəşmir vilayətində növbəti dəfə bir-birlərinə atəş açıblar.

1156524
Pakistan - Hindistan arasında gərginlik davam edir

Hindistan mətbuatında dərc olunmuş xəbərlərə görə Pakistanla Hindistan arasında cəbhə xəttinin 5-km-də olan bütün təhsil müəsissələrinin fəaliyyəti dayandırılıb. 3 saat davam edən cebhə xəttindəki qarşıdurma nəticəsində ölən ya da yaralanan olmayıb.

Xatırlayaq ki, fevralın 14-də Cammu - Kəşmir vilayətinin Hindistanın nəzarət etdiyi hissəsində baş verən terror akıtnda 45 hindistanlı hərbçi həyatını itirdi. Həmin hadisədən sonra Hinidistan Pakistanı ittiham etdi və iki ölkə arasında gərginlik baş verdi. Fevralın sonunda Pakistan Hindistan hava qüvvələrinə məxsus iki təyyarəni vurdu.



Әlaqәli Xәbәrlәr