Müxalifətin İdliblə bağlı xəbərdarlığı

Hərbi müxaliflərin heyəti Əsəd rejimi və tərəfdarlarının İdlibə istiqamətli hücumları ilə bağlı yazılı açıqlama yaydı.

1154349
Müxalifətin İdliblə bağlı xəbərdarlığı

Suriyada hərbi müxalifəti Astana formatında beynəlxalq görüşlərdə təmsil edən nümayəndə heyəti Bəşər Əsəd rejimi və tərəfdarlarının İdlibə qarşı təşkil edilən hücumların Soçi razılaşmasına zidd olduğunu və siyasi həll yolunu təhdid etdiyini bildirdi.

Hərbi müxaliflərin heyəti Əsəd rejimi və tərəfdarlarının İdlibə istiqamətli hücumları ilə bağlı yazılı açıqlama yaydı.

Açıqlamada “Bəşər Əsəd rejimi İdlibdə atəşkəşi nəzərdə tutan Soçi razılaşmasından təxminən altı ay sonra müttəfiqləri Rusiya və İranın dəstəyilə İdlib gərginliyi azaltma bölgəsində atəşkəs razılaşmasını pozmağa davam edir” deyildi.

“Rejimin dinc vətəndaşları hədəf alması qarşında beynəlxalq ictimaiyyətin səsini çıxarmaması utanılacaq haldır. Rejimin İdlibə hücumları siyasi həlli və Astana prosesini təhdid edir” deyə açıqlamada vurğulanıb.

Açıqlamada qeyd olunub ki, rejimin gərginliyi azaltma bölgəsindəki dinc əhalini hədəf götürməsi həll yoluna olan ümidlərə zərbə vuracaqdır. Bu hücumlar gələcək dövrdə yeni müharibələrə gətirib çıxaracaq. Vəziyyətin tək məsuliyyətlisi rejimin zamin ölkələridir, xüsusilə Rusiyadır.

Hərbi heyətin sözçüsü Eymen əl Asimi də “Anadolu” xəbər agentliyinə verdiyi açıqlamada deyib: “Bu açıqlama böyük əhəmiyyət daşıyır. Astana prosesinə qatılan müxalifətin rəsmi mövqeyini göstərir. Əgər rejim İdlib bölgəsini bombalamaqda davam etsə məsuliyyət Rusiyaya aiddir. Atəşkəs pozuntusu həll yolunu təhlükə ilə qarşı-qarşıya qoyur. Rejimin atəşkəs pozuntuları toqquşmanın yenidən başlayacağının ilk işarəsidir”.

Qeyd edək ki, Rejim qüvvələri ayın əvvəlindən bəridir İdlibdə gərginliyi azaltma bölgəsinə hücumlarını artırıb.



Әlaqәli Xәbәrlәr