Mahmud Abbas Rusiya prezidentinin üçtərəfli görüş çağırışına müsbət cavab verdi

Fələstinin dövlət başçısı Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinin hər hansı bir İsrailli liderlə Moskvada üçtərəfli görüş keçirmək çağırışına müsbət cavab verdi.

1153975
Mahmud Abbas Rusiya prezidentinin üçtərəfli görüş çağırışına müsbət cavab verdi

Fələstinin dövlət başçısı Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinin hər hansı bir İsrail lideri ilə Moskvada üçtərəfli görüş keçirmək çağırışına müsbət cavab verdi.
 
 Fələstinin rəsmi informasiya agentliyi WAFA-nın yaydığı xəbərdə Fələstin Dövlət Rəhbərliyinin sözçüsü Nəbil Əbu Rudeynənin bu barədə yazılı açıqlama verərək, Abbasın Putinin dəvəti ilə İsrail Baş naziri Binyamin Netanyahu ilə Moskvada bir toplantı keçirməyi qəbul etdiyini, lakin Netanyahunun bundan çəkindiyini bildirdiyi qeyd olunur.
 
 Əbu Rudeyne açıqlamasında: "Dövlət başçısı Mahmud Abbas prezident Putinin belə bir görüş tələbinə mövcud baş nazirlə, və ya seçkilərdən sonra bu vəzifəyə gələcək hər hansı bir İsrail baş naziri ilə ədalətli, uzunmüddətli sülhü təmin etmək üçün hər zaman müsbət cavab verməyə hazırdır" ifadələrini işlədib.
 
 İsrail Baş naziri Binyamin Netanyahu dünən Rusiyaya rəsmi səfərindən əvvəl: "Sülhü istəyən bir fələstinli liderlə yalnız görüş keçirmək belə sülhü təmin etmək üçün kifayətdir" demişdi.
 
 Rusiya 2018-ci ilin noyabrında İsrail ilə Fələstin arasında  mümkün sülh danışıqlarında vasitəçi olmağa və bu danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirmişdi.
 
 İsrail və Fələstin arasındakı sülh danışıqları İsrailin 1967-ci il sərhədlərini, məcburi köçə məruz qalan fələstinlilərin yurdlarına qayıdış hüququnu və yəhudi yaşayış məntəqələrinin tikintisinə son verməyi qəbul etməməsi səbəbindən 2014-cü ilin aprel ayında dayadırılmışdı.



Әlaqәli Xәbәrlәr