Ruhani ölkəsinin iqtisadi vəziyyətinə münasibət bildirdi

Suriya prezidenti Bəşər Əsədin İran ziyarəti diplomatik yox, təşəkkür məqsədli idi. Bunu İran prezidenti Həsən Ruhani deyib.

1152882
Ruhani ölkəsinin iqtisadi vəziyyətinə münasibət bildirdi

Həsən Ruhani Mərkəzi Banka baş çəkib. O həmin ziyarəti zamanı çirkli pul təmizləmə cəhdlərinin qarşısının alınması, terrorun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədiylə yaradılan Maliyyə əməliyyat vəzifə Gücünə (FATF) üzvlük və Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi sanksiyalar ilə bağlı münasibət bildirib.

Neft Nazirliyi, ABŞ sanksiyalarının əsas hədəfi olan Xarici İşlər Nazirliyi və Mərkəzi Bankın səlahiyyətlilərinə təşəkkürlərini bildirən Ruhani: "Xarici İşlər Nazirliyi, Mərkəzi Bank və hökumət xalqın nümayəndəsi olaraq çalışır. Dini lider Əli Xamenei FATF-a müxalif olmadığını dəfələrlə səsləndirdi. Yaxşı, bəs kim buna müxalifdir? Nə etməmizi istəyirsiniz? Mənim danışdığım qədər siz də izah edin və bu problemləri necə həll edəcəğimizi söyləyin. Əgər FATF ilə əlaqəmiz kəsilsə bankdarlıq sahəsində dünya ilə ciddi problemlər yaşarıq. Bunun əksinə sektorla güclü əlaqələr ölkənin vəziyyətinə də töhfə verər. Bütün dünya dövlətləri bu mexanizmin üzvüdür. Bəs ‘FATF'a üzv bütün bu dövlətlər ağıl və şuurdan məhrumdular mı? Hökumət və Məclis də bunu təsdiqlədi. Onlar da mı məsələyə biganədilər mi?. Banklarla əlaqə yaradmaq üçün FATF-a üzv olmaq istəyirik. Banklarla əlaqəmiz olmasa neft satmağımız da mümkün olmaz. Eləcə də heç nə idxal edəbilmərik. Ölkə 10-20 adamın səlahiyyətinə tapşırıla bilməz. ölkənin əsas sahibi millətdir. Onsuz da ABŞ-ın sanksiyaları kafidir bir də biz bu xalqa məntiqsizcə sanksiya tətbiq edəbilmərik. Son 11 ayda 40 milyard dollarlıq qeyri neft məhsul ixrac etdik. Eyni müddət ərzində 38,5 milyard dollarlıq idxalat reallaşdırdıq. bu istiqamətdəki trend müsbət hesab edilir. Hökumətin ətrafına hasar çəkmək bu xalqın mənfəətinə xidmət etməz. Silahlı qüvvələrin himayəsindəki bir neçə bank təcili olaraq birləşdiriləcək” deyə Ruhani vurğulayıb.



Әlaqәli Xәbәrlәr