Səudiyyə Ərəbistanı İraqa dəstəyini bildirdi

İraq hökumətinin ölkənin yenidən bərpasına dair həyata keçirəcəyi layihələrə dəstək verəcəyik. Bunu Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz deyib.

1149561
Səudiyyə Ərəbistanı İraqa dəstəyini bildirdi

İraq Baş nazirliyinin mətbuat xidmətindən yayılan məlumata görə, Baş nazir Abdulmehdi ilə Kral Salman arasında telefon danışığı olub. Bildirilib ki iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi məsələsinin müzakirə edildiyi görüşdə Kral Salman ölkəsinin İraqın təhlükəsizliyi, sabitliyi və rifahına həssas yanaşdığını, İraq hökumətinin ölkənin yenidən qurulması istiqamətində adacağı bütün addımlara güclü dəstək verməkdə hazır olduğunu vurğulayıb. Baş nazir Abdulmehdi isə, İraqın başda Səudiyyə Ərəbistanı olmaqla Körfəz ölkələriylə ilə əlaqələri inkişaf etdirmək istədiyini bildirib və iki ölkə arasında neft, ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığı irəli pillələrə qaldırılmaq üçün lazımlı addımları atmaqda davam edəcəklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr