Mosulda terror tәşkilatı DEAŞ-a qarşı әmәliyyat keçirilib

İraqın Mosul şəhərində  terror tәşkilatı DEAŞ-a qarşı keçirilәn әmәliyyatlar nәticәsindә 3 terrorçu öldürülüb, biri dә üzәrindәki partlayıcı qurğunu işә salıb.

1145199

Ninova polisi ilә İraq ordusu Mosulun  cәnub-qәrbindәki Bahira dağlarındakı dәhlizlәrdә gizlәnәn terror tәşkilatı DEAŞ  terrorçularına qarşı  birgә әmәliyyat keçirib.

Әmәliyyat zamanı baş verәn qarşıdurma nәticәsindә üç terrorşunun öldürüldüyü, bir terrorçunun da üzәrindәki partlayıcı qurğunu işә saldığı bildirilib.

İraq ordusunun rәsmisi Saad Mәhәmmәd isә terror tәşkilatı  DEAŞ üzvlәrinin Mosulun şimalındakı Mekhul  bölgәsindә 30 dinc sakini girov götürdüyünü ifadә edib.

Saad Mәhәmmәd  tәhlükәsizlik qüvvәlәrinin keçirdiyi әmәliyyat nәticәsindә girovların azad edildiyini qeyd edib.

 Mәlumatda hәmçinin terror tәşkilatı DEAŞ-ın Kәrkükdәki polis mәntәqәsinә hücum etdiyi bildirilib. Hücum zamanı baş verәn qarşıdırma nәticәsindә bir neçә terrorçunun öldürüldüyü, bәzi polis әmәkdaşlarının da yaralandığı vurğulanıb.

Әlaqәli Xәbәrlәr