Terror təşkilatı YPG/PKK ilə DEAŞ arasında bazarlıq

Terror təşkilatı YPG/PKK Suriyanın Deyrizor bölgəsindəki xarici ölkələrdən olan DEAŞ mənsubları bazarlıq edir.

1143036
Terror təşkilatı YPG/PKK ilə DEAŞ arasında bazarlıq

Terror təşkilatı YPG/PKK Suriyanın Deyrizor bölgəsindəki xarici ölkələrdən olan DEAŞ mənsubları ilə bazarlıq edir.

YPG/PKK xarici ölkədən olan DEAŞ-lılar və ailələrinə, təslim olma və əsir götürülən YPG/PKK-lı əsirləri geri qaytarma şərtilə İdlibə təhlükəsiz şəkildə keçmək barədə zəmanət verir.

Ancaq ərəb mənşəli bəzi DEAŞ-lıların İraqa keçmək istəməsi iki terror təşkilatı arasında ziddiyyətə səbəb olur.

YPG/PKK İraqa keçidlər mövzusunda hələ də dəqiq mövqe ortaya qoymadıqda, alternativ olaraq Homs səhra bölgəsindəki sahəyə keçidə icazə verir.

Azad Suriya Ordusunun (ASO) sözçülərindən Məhəmməd Raşid yaydığı açıqlamada “Deyrizorun ərazilərində yerləşən Baqoz məntəqəsində sıxışan terror təşkilatı DEAŞ ünsürləri PKK ilə razılaşıb İdlibdəki müxalifət qruplarının təmas nöqtələrinə göndəriləcəkmiş. Əgər belə bir razılaşma həqiqət olsa DEAŞ-lı terrorçular ilə toqquşmağa və torpaqlarımızı müdafiə edib qorumağa hazırıq” deyə bildirdi.

Qeyd edək ki, ABŞ və Fransanın dəstəklədiyi YPG/PKK 11 sentyabr 2018-ci il tarixindən bəridir DEAŞ-ı Deyrizordan tamamilə çıxarmaq üçün hücumlar həyata keririr. Hazırda DEAŞ Deyrizor vilayətinin şərq ərazilərində sadəcə Baqoz məntəqəsində mövcudluğunu davam etdirir. Deyrizorda Fərat çayının qərbindəki bölgədə isə Bəşər Əsəd rejimininin qüvvələri var. 



Әlaqәli Xәbәrlәr