Rusiya Türkiyə vətəndaşları üçün vizanı qismən ləğv etdi

Rusiyaya səyahət edən Türkiyə vətəndaşları- iş adamları və yük maşını sürücüləri üçün viza rejimi olmayacaq.

1140144
Rusiya Türkiyə vətəndaşları üçün vizanı qismən ləğv etdi

Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə bağlı fərman imzaladı.

Fərmana əsasən Türkiyəyə qarşı müəyyən məhdudlaşdırıcı tədbirlər ləğv edilib.

Belə ki, Rusiyaya səyahət edən Türkiyə vətəndaşları- iş adamları və yük maşını sürücüləri üçün viza rejimi olmayacaq.

Rusiya hökumətindən mövzuya dair yayılan açıqlamada da, Putinin fərmanı Türkiyənin qarlışıqlılıq əsasına görə Rusiya vətəndaşlarına yönəldilmiş oxşar addımları atması səbəbindən imzaladığına diqqət çəkilib.

Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rus həmkarı Sergey Lavrov avqust ayındakı görüşlərində vizaların müəyyən kateqoriyalardakı Türkiyə vətəndaşlarına asanlaşdırılması üçün görüş mexanizmi qurulması barədə razılaşmışdı.



Әlaqәli Xәbәrlәr