İraq Baş naziri Trampın  şərhinə  münasibət bildirdi

İraq ərazilərinin başqa ölkələrə hücum məqsədli istifadəsinə icazə verilmiyəcəyik. Bunu İraq Baş naziri Adil Əbdülməhdi paytaxt Bağdadda mətbuata verdiyi açıqlamasında bildirib.

1139540
İraq Baş naziri Trampın  şərhinə  münasibət bildirdi

ABŞ prezidenti Donald Trampdan bu barədəki sözlirinin qəbul edilməz olduğunu ifadə edən Baş nazir Əbdülmehdi: "Heç bir ölkəyə istiqamətli hücum üçün ərazilərimizdən istifadə edilməsini istəmirik. ABŞ-nın İraqda hərbi bazası yoxdur. Mövcud Amerikalı personal isə İraqlı əsgərlərə təlim keçmək məqsədiylə ölkəmizdədirlər”- deyə İraq Baş naziri vurğulayıb.

Donald Tramp bazar günü CBS telekanala verdiyi müsahibəsində ölkəsinin İraqdakı Aynül Əsəd Bazasına vəsait ayırmalarının səbəbiisi İranı yaxından izləmək olduğunu bildirmişdi.

Xatırladaq ki, ABŞ, 2003-cü ilin dekabrında işğal etdiyi İraqda yerləşdirdiyi 166.000 min əsgərini 2011-ci ildə çıxaryr. 2014-cü ildə isə terror təşkilatı DEAŞ-a qarşı mübarizə məqsədiylə Nuri əl-Malikinin çağırışına görə yenidən İraqda hərbçi yerləşdirdi.

 



Әlaqәli Xәbәrlәr