İranda 50 min məhkum əfv olunacaq

İran Ali Məhkəməsinin sədri Sadiq Laricani inqilabın 40-cı ildönümü münasibətilə 50 min məhkum barəsində əfv fərmanının veriləcəyini bildirdi.

1138727
İranda 50 min məhkum əfv olunacaq

 

 İran Ali Məhkəməsinin sədri Sadiq Laricani Paytaxt Tehranda Ali Məhkəmədə keçirilən iclasda çıxış edərək inqilabın 40-cı ildönümü münasibətilə əfv fərmanının veriləcəyi haqqında məlumat verdi.
 
 Laricani  50 min məhbusun əfv edilməsini nəzərdə tutan ərizənin dini lider Əli Xameneyə təqdim edildiyini və ondan bununla bağlı müsbət cavab aldığnı söylədi.
 
 Ali Məhkəmənin sədri  əfvin siyasi məhkumlara da aid edilib-edilməməsi ilə bağlı bunları söylədi: "Təəssüf ki, bəziləri bu böyük addımı siyasiləşdirir və əfvin siyasi məhbuslara tətbiq ediləcəyinin daha yaxşı olacağını deyir. Lakin bizdə siyasi dustaq yoxdur. Digər bir təbəqə də əfvin tənqidçiləri də əhatə etməsini istəyir. Bunlara görə də, bəziləri yalnız tənqid etdikləri üçün həbsxanadadırlar. Bu böyük bir yalandır. Məhkəmə heç vaxt bir şəxsi tənqid etdiyi üçün mühakimə etməz".
 
 İran Konstitusiyasının 110-cu maddəsinin 11-ci paraqrafına görə, Xameneyinin məhkumları əfv səlahiyyəti vardır.
 
 Xamneyi İran Ali Məhkəməsinin tələbi ilə hər il inqilabın ildönümü başda olmaqla, bayramlarda və digər dini günlərdə məhkumlar barəsində amnistiya qərarı çıxarır.



Әlaqәli Xәbәrlәr