İranın Kosmos Araşdırmaları Mərkəzində yanğın baş verib

İranın paytaxtı Tehrandakı Kosmos Araşdırmaları Mərkəzində meydana gələn yanğında üç elm adamı həyatını itirib.

1138032
İranın Kosmos Araşdırmaları Mərkəzində yanğın baş verib

İranlı Tələbələr İnformasiya Agentliyi ISNA-nın kommunikasiya və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cehromiyə istinad etdiyi xəbərinə görə Tehranın mərkəzindəki Kosmos Nəqliyyatı Sistemləri İnstitutunda, baş verən yanğının səbəbi və ölənlərin kimliklərinə dair məlumat verilməyib. Nazir Cehromi qeyd edib ki yanğın nəticəsində üç alim həyatını itirib. Yanğının inqilabın ildönümü münasibətilə bayram tədbirlərinin keçirildiyi tarixə təsadüf etməsinə diqqət çəkilib.



Әlaqәli Xәbәrlәr