Əfqanıstanlı siyasətçilər Taliban nümayəndələri ilə danışıqlara başlayır

Əfqanıstanlı rəsmilər fevralın 5-6-da Rusiyanın paytaxtı Moskvada Taliban nümayəndələr ilə görüşəcəklər.

1138198
Əfqanıstanlı siyasətçilər Taliban nümayəndələri ilə danışıqlara başlayır

Rusiyanın Kabildəki səfirliyindən yayılan məlumatda bildirilib ki, Taliban nümayəndələri ilə Əfqanıstanlı rəsmilərin görüşü, Rusiyada yaşayan Əfqanlılar tərəfindən planlaşdırılıb. Rus hökumətinin bu təşkilatçılıqda heç bir rolu olmayıb.

Əfqanıstan hökuməti də Rusiyanın planlanan görüşlə bağlı münasibətini təstiqləyib. Əfqanıstan Xarici İşlər Nazirliyindən yayılan məlumatda qeyd edilib ki, Moskvada baş tutacaq danışıqlarda hökumət təmsil edilməyəcək. Görüşdə partiya nümayəndələri və bəzi siyasətçilər iştirak edəcək.

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai isə ictimai media hesabından yaydığı açıqlamada Moskvada keçiriləcək görüşün Taliban ilə sülh yolunda atılan ilk addım olacağına diqqət çəkib. Əfqan xalqının bu danışıqlardan konkret addımlar gözlədiyini vurğulayıb

 



Әlaqәli Xәbәrlәr