Bərzani və Həriri görüşdülər

İraq Kürd Regional Rəhbəliyinin (İKRR) sabiq  lideri Məsud Bərzani Suriya müxalifləri tərəfindən yaradılan  Müzakirələr üzrə Ali Komitənin rəhbəri Nasir Həriri ilə görüşdü.

1137665
Bərzani və Həriri görüşdülər

 İraq Kürd Regional Rəhbəliyinin (İKRR) sabiq  lideri Məsud Bərzani Suriya müxalifləri tərəfindən yaradılan  Müzakirələr üzrə Ali Komitənin rəhbəri Nasir Həriri ilə görüşdü.

Görüşdə Suriyadakı hadisələrin son inkişafı dəyərləndirildi.

Bu barədə məlumat Bərzaninin ofisindən verildi.

Məlumata görə, görüşdə Suriyadakı siyasi hadisələrlə yanaşı, Amerika Bİrləşmiş Ştatları əsgərlərinin Suriyadan çıxma məsələsi də müzakirə olunub.

Bərzani və Həriri Suriyadakı problemlərin siyasi və dialoq yolu ilə həllinə diqqət çəkərək, ölkələrinin bu istiqamətdəki rolu ilə bağlı fikir mübadiləsi aparıblar.



Әlaqәli Xәbәrlәr