Yəməndə bir hücumda 8 mülki vətəndaş həlak oldu

Yəmənin şimal-qərbində yerləşən Hacce şəhərinin Harad rayonundakı sığınacaq mərkəzinə top atəşilə təşkil olunan hücumda 8 mülki vətəndaş həlak oldu.

1134047
Yəməndə bir hücumda 8 mülki vətəndaş həlak oldu

Yəmənin şimal-qərbində yerləşən Hacce şəhərinin Harad rayonundakı sığınacaq mərkəzinə top atəşilə təşkil olunan hücumda 8 mülki vətəndaş həlak oldu.
 
 Birləşmiş Millətlər Təşkilatının humanitar yardımlar üzrə koordinatoru Lisey Grande bu barədə yazılı açıqlama verdi.

Açıqlamada hücumda 30 nəfərin də yaralandığı bildirilir.
 
Açıqlamasında hücumun kimin tərəfindən törədildiyi barədə məlumat verməyən Grande bu ifadələri işlədir: "Hücum şokedici, dəhşətli və mənasızdır. Mülki yaşayış məntəqələrinə hücum etmək vicdanını itirənlərin işidir. Bu vəziyyət beynəlxalq insan hüququnun açıq-aşkar pozulmasıdır".
 
Lisey Grande Yəməndə qarşıdurma tərəflərinin mülki vətəndaşları qorumaq üçün əllərindən gələni etməli olduğunu dilə gətirərək, yurdlarından-yuvalarından didərgin salınmış insanların bir çox şey itirdiklərini və onlara qarşı təcavüzünün haqlı göstəriləcək bir tərəfi olmadığını vurğuladı.
 
 Qeyd etmək lazımdır ki, Husilər uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə  2014-cü ilin sentyabr ayından bu yana paytaxt Sana və bəzi bölgələrin nəzarətini əlində saxlayır.
 
 Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından etibarən Yəmən hökumətinə Husilərə qarşı  dəstək verir.



Әlaqәli Xәbәrlәr