İshaq Cihangiri: "Dövlət və xalq arasında dialoq ölkənin ən böyük ehtiyacıdır"

İranın vitse-prezidenti İshaq Cihangiri  dövlət ilə xalq arasındakı diyaloqa ölkənin çox böyük ehtiyacı olduğunu söylədi.

1133913
İshaq Cihangiri: "Dövlət və xalq arasında dialoq ölkənin ən böyük ehtiyacıdır"

İranın vitse-prezidenti İshaq Cihangiri paytaxt  Tehranda Farabi Beynəlxalq Festivalının bağlanış mərasimində etdiyi çıxışında ölkəsinin çətin bir dövrdən keçdiyinə işarə edərək: "Dövlət və xalq arasında dialoq ölkənin ən böyük ehtiyacıdır" dedi.

Cihangiri İranın keçmişdə baş verən çətinlikləri aradan qaldırdığını xatırladaraq: "Əgər xalq təşəbbüs göstərsə, problemləri dəf edə bilərik. Elmi düşüncə və siyasi rəhbərliyin köməyi ilə ölkədəki sosial problemləri və xalqın iqtisadi problemlərini azaltacağıq" ifadələrini işlətdi.

İran mətbuatına görə, Cihangiri ABŞ-ın İrana qarşı iqtisadi müharibə ilə yanaşı  iranlı gəncləri gələcəklə bağlı pessimizmə sövq etmək üçün psixoloji və mətbuat müharibəsi döyüşünə də başladığını bildirib.

İranın vitse-prezidenti xalqa gələcəklə əlaqədar ümidllər verilməsinin vacib olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr