Əfqanıstanda Gilmənd əyalətinə aviazərbələr endirildi

Əfqanıstanın cənub ərazilərində yerləşən Gilmənd vilayətində ordu qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində azı 16 mülki vətəndaş həyatını itirib.

1133241
Əfqanıstanda Gilmənd əyalətinə aviazərbələr endirildi

“Tolo News” telekanalının xəbərinə görə Sanqin yaşayış məntəqəsində baş verən insident nəticəsində həyatını itirənlərin hamısı bir ailənin üzvləri olub. Əfqanıstan Müdafiə Nazirlyinin məlumatına əsasən, Sanqin yaşayış məntəqəsində son 3 gündə genişmiqyaslı antiterror əməliyyatı keçirilib. Baş verən hadisənin araşdırlması üçün istintaqın başlandığı qeyd edilir.

 



Әlaqәli Xәbәrlәr