Benyamin Netanyahu: "Əsl düşmənimiz İrandır"

İsrail Baş naziri Benyamin Netanyahu ölkəsinin əsl düşməninin İran olduğunu bildirdi.

1131779
Benyamin Netanyahu: "Əsl düşmənimiz İrandır"

İsrail Baş naziri Benyamin Netanyahu ölkəsinin əsl düşməninin İran olduğunu bildirdi.
 
İsrail Baş naziri Benyamin Netanyahu ölkənin cənubundakı İsrail ordusuna aid "Shizafon" hərbi bazasındakı təlimdən sonra Suriyada və mühasirədə olan Qəzza zolağında baş verən son proseslərə bağlı fikir bildirdi.
 
 İranın nüvə silahı ilə İsraili məhv etmək məqsədi güddüyünü iddia edən Netanyahu ölkəsinin bunun qarşısını əzmlə alacağını dilə gətirdi.
 
 Netanyahu İranın Livanda Hizbullah vasitəsilə  polis bölməsi yaratdığını və Suriyada da yeni bir baza yaratmaq istədiyini qeyd edərək söylədi: "Bunların hamısı ilə əzmlə döyüşəcəyik. Suriyadakı İran ordusunu vururuq. Suriyadakı İran ordusu ilə təkcə bizim ordumuz döyüşür. Qarşı-qarşıya olduğumuz əsl düşmən İrandır".
 
 Netanyahu çıxışı zamanı Qəzzada baş verən son proseslərə də toxundu.
 
 İsrail Baş naziri İsrailin hər növ ssenariyə hazır olduğunu ifadə edərək: "Bəlkə Qəzzada başını qaldıra biləcəyinin düşünənləri vardır. Cavabın ölümcül olacağını nəzərə almalarını tövsiyə edirəm" dedi.
 
 İsrail ordusu dünən Qəzzadan sərhəddəki əsgərlərinə snayper atəşi açıldığını və bir əsgərinin yüngül yaralandığını bildirmişdi.

Bu hadisədən sonra İsrail ordusu Qəzzaya tanklardan atəş açmış, hücumda 1 fələstinli şəhid olmuş, 1-i ağır olmaqla, 4 fələstinli yaralanmışdı.
 
 İsrail döyüş təyyarələri dünən gecə də Qəzzanın şimalında Həmasın hərbi qanadı olan İzzəddin əl-Kassam briqadalarına aid bir çox hədəfi vurmuşdu.



Әlaqәli Xәbәrlәr