Terror tәşkilatı YPG/PKK bir bölgәni dә әlә keçirdi

Separatçı terror tәşkilatı YPG/PKK-nın Amerika Birlәşmiş Ştatlarının dәstәyi ilә Suriyada keçirdiyi әmәliyyatlar nәticәsindә DEAŞ-ın nәzarәtindәki bir bölgәni dә әlә keçirib.

1130648

YPG/PKK 8 gün davam edәn qarşıdurmalar nәticәsindә dünәn gecә radәlәrindә Deyrizorun Süse bölgәsini dә әlә keçirib.

Mәlumata görә, terror tәşkilatı DEAŞ Bagoz bölgәsindә öz mövcudluğunu davam etdirir. Bagoz bölgәsindәki mülki vәtәndaşların humanitar yardıma möhtac olduğu bildirilir.

Qeyd edәk ki, YPG/PKK terror tәşkilatı koalisiya qüvvәlәrinin dәstәyi ilә  yanvarın 14-dә Şiife şәhәrini әlә keçirmişdi.

Fәrat çayının qәrbindә isә Bәşәr Әsәdә sadiq qüvvәlәr var.

Suriya әrazisinin üçdә bir hissәsi terror tәşkilatı YPG/PKK-nın işğalı altındadır.

Әlaqәli Xәbәrlәr